Logo

Rektor: "Səmərəsiz proseslərin rəqəmsallaşması onun səmərəsizliyini daha da artırır"

25.11.2022 10:02 314 baxış
IMG

"Uğur kimi qəbul edilməlidir ki, ali təhsilin rəqəmsallaşmasının zəruriliyi artıq hamı tərəfindən qəbul edilir".

Tehsil.biz xəbər verir ki, bunu Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov bildirib.

Professor qeyd edib ki, bununla yanaşı, həm də qəbul edilməlidir ki, təhsilin transformasiyasının məqsədləri, təhsilin təşkilati forma və metodları da dəyişməlidir:

"Əks halda səmərəsiz proseslərin rəqəmsallaşması onun səmərəsizliyini daha da artırır. Yəni rəqəmsallaşma səmərəsizliyin “təkmilləşməsinə” xidmət edir. Bu, tamamilə yeni universitet modelini hədəfləyən ali təhsilin sistemli rəqəmsal transformasiyasını tələb edir. Ali təhsilin rəqəmsal transformasiyası isə vahid standart yanaşmaları qəbul etmir".

Xəbər lenti