Logo

“Bəzi sözlərin dilin qrammatik quruluşunda mövqeyinə dair” mövzusunda elmi seminar keçirilib

24.11.2022 23:08 288 baxış
IMG

Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasında “Bəzi sözlərin dilin qrammatik quruluşunda mövqeyinə dair” mövzusunda elmi seminar keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbirdə kafedranın professor-müəllim heyəti və magistrantları iştirak ediblər.

Mövzu ilə bağlı məruzə edən kafedranın dosenti Rəhilə Quliyeva bildirib ki, “dildə düzgün, mədəni, ədəbi dildə danışmaq, mənaları, fikirləri dəqiq ifadə etmək üçün dilçiliyin ən zəngin şöbəsi qrammatika, dilin qrammatik quruluşu müstəsna rol oynayır. Qrammatikanı mənimsəmədən, qrammatik normalara riayət etmədən, dilin qrammatik quruluşunu öyrənmədən ünsiyyət yaratmaq çətindir. Dilin lüğət tərkibindəki bütün sözlər dilin qrammatik quruluşunda öz dəqiq mövqeyini, funksiyasını tapmalıdır. Şairin türk dillərinin qrammatik quruluşunda elə sözlər vardır ki, onların dilin qrammatikasında mövqeyi hələ tam dəqiqləşməyib. Məsələn, haqqında, sayəsində uğrunda, yolunda, üzərində və s. kimi sözlər haqqında dilçilikdə mübahisəli fikirlər mövcuddur.

Bu sözlər qoşma, bəzən “köməkçi adlar”, “köməkçi sözlər” terminləri ilə adlandırılır. Bu baxımdan elmi seminarda məqsədimiz bu məsələyə diqqət çəkmək, qismən aydınlıq gətirməkdir”.

Sonra mövzu ətrafında çıxışlar edilib, məruzəçiyə suallar ünvanlanıb.

Xəbər lenti