Logo

Fəlsəfə və Sosiologiya İnstitutunun bir sıra şöbələri hesabat verib

24.11.2022 20:36 204 baxış
IMG

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.

Bu barədə AMEA-dan bildirilib. İclası institutun baş direktoru professor İlham Məmmədzadə açaraq gündəlikdəki məsələlər barədə məlumat verib.

İclasda institutun Azərbaycan fəlsəfə tarixi şöbəsinin müdiri fəlsəfə elmləri doktoru Arzu Hacıyeva, Etika şöbəsinin müdiri professor İlham Məmmədzadə, İdrak nəzəriyyəsi şöbəsinin müdiri fəlsəfə elmləri doktoru Füzuli Qurbanov, Davamlı inkişafın fəlsəfəsi və sosiologiyası şöbəsinin müdiri professor Sakit Hüseynov və Siyasətin fəlsəfəsi və sosiologiyası şöbəsinin müdiri professor Rəna Mirzəzadə rəhbərlik etdikləri şöbələrin hesabatlarını təqdim ediblər.

Müzakirələrdən sonra şöbələrin illik hesabatları qənaətbəxş hesab olunub.

Eyni zamanda, 2022-ci il üzrə elmi-tədqiqat işlərinin yerinə yetirilməsi ilə bağlı yoxlama komissiyasının yaradılması haqqında qərar qəbul edilib və cari məsələlər müzakirə olunub.

Xəbər lenti