Logo

ADA Məktəbində Ümumdünya Uşaq Hüquqları Günü münasibətilə intellektual oyun keçirilib

24.11.2022 17:51 281 baxış
IMG

ADA Məktəbində Ümumdünya Uşaq Hüquqları Günü münasibətilə intellektual oyun keçirilib.

ADA-dan bildirilib ki, “Brain Ring” intellektual oyununda onadək qabaqcıl yerli orta məktəbi təmsil edən 50-dən çox şagird iştirak edib.

İntellektual yarışın keçirilməsində məqsəd gənclərin bu tip oyunlara olan marağını artırmaq, onların dünyagörüşünü və analitik düşüncə bacarığını inkişaf etdirməkdir.

Gərgin və şagirdlərin fəal iştirakı ilə keçən oyunun qaliblərinə kubok və sertifikat təqdim olunub.

Xəbər lenti