Logo

AzTV-nin sədr müavini BDU-nun Jurnalistika fakültəsinin qonağı olub - FOTO

24.11.2022 16:11 315 baxış
IMG

Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) sədr müavini, aparıcı, ssenarist, rejissor Rafiq Həşimov Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin qonağı olub.

Tehsil.biz xəbər verir ki, jurnalistin nitq mədəniyyəti dərsi çərçivəsində təşkil olunmuş görüşdə fənn müəllimi Xatirə Hüseynova tələbələrə Rafiq Həşimovun yaradıcılığı barədə məlumat verib, onun müəllifi olduğu filmlərdən, tərcümələrdən, televiziya və radiodakı fəaliyyətindən danışıb.

Dəvətə görə təşəkkürünü bildirən Rafiq Həşimov məzunu olduğu Jurnalistika fakültəsinin tələbələri ilə ünsiyyətdən məmnunluğunu diqqətə çatdırıb. O, televiziya aparıcısının iş xüsusiyyətləri, jurnalistin nitq mədəniyyətinin təməl prinsipləri, müasir jurnalistikanın yeni yaradıcılıq trendləri barədə tələbələrə ətraflı məlumat verib. Tələbələr Rafiq Həşimovun radioda səsləndirdiyi maraqlı nümunələri dinləyiblər.

Görüşdə iştirak edən dekan müavini Samir Mirzəyev, Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının müdiri Aynur Nəsirova belə tədbirlərin gənclərin təhsili və dünyagörüşünün inkişafında səmərəsindən bəhs ediblər.

Görüş səmimi interaktiv mühitdə davam edib. Rafiq Həşimov tələbələri maraqlandıran çoxsaylı sualları cavablandırıb.

Xəbər lenti