Logo

BDU tələbələrinə “Sığorta, aktuar, risk” mövzusunda təlim keçirilib - FOTO

24.11.2022 15:22 248 baxış
IMG

Bakı Dövlət Universiteti (BDU) və “Paşa Həyat Sığorta” ASC arasında imzalanmış əməkdaşlıq haqqında memoranduma uyğun olaraq tələbələr üçün “Sığorta, aktuar, risk” mövzusunda təlim sessiyası keçirilib.

Tehsil.biz xəbər verir ki, BDU-nun Karyera və məzunlarla əlaqə sektorunun baş mütəxəssisi İlkin Şərifov tələbələri əmək bazarının tələbləri və sektorun əsas fəaliyyət istiqamətləri ilə tanış edib. Həmçinin biznes fəaliyyətində sığorta risklərinin müəyyən edilməsinin və aktuar hesablamaların önəmini vurğulayıb.

“Paşa Həyat Sığorta”nın əməkdaşı Nərmin Salmanova şirkətin fəaliyyəti, strategiyası və mövcud vakansiyalar haqqında tələbələri məlumatlandırıb.

Daha sonra şirkətin Sığorta riskləri şöbəsinin müdiri, BDU məzunu Cəlal Quliyev mövzu ilə bağlı geniş məlumat verib.

Təlimin sonunda iştirakçıların mövzu ətrafında çoxsaylı sualları cavablandırılıb və işə qəbul olunmaq istəyən namizədlərlə qısa müsahibələr təşkil edilib.

Xəbər lenti