Logo

"Bakıdakı ali məktəblərin qəbul plan yerini azaldaq" - TƏKLİF

24.11.2022 12:27 326 baxış
IMG

"Paytaxtdan köçürülən ali təhsil müəssisələrinin əvəzində kənarda universitet kampusları yaradılmalıdır".

Bu fikirləri "Tehsil.biz"ə açıqlamasında təhsil eksperti Kamran Əsədov bildirib.

Ekspert hesab edir ki, mütləq şəkildə İqtisad, Turizm, Pedoqoji, Memarlıq və Texniki universitetlərinin ayrıca kampusu yaradılsa və şəhərdən kənara köçürülsə, daha yaxşı olardı:

“Mən təklif edirəm ki, universitetləri kənara köçürməkdənsə, Bakıdakı ali təhsil müəssisələrinin qəbul plan yerini azaldaq, regiondakı universitetlərin plan yerini artıraq. Bir sıra ixtisaslar üzrə Bakıdakı plan yerini azaldıb, əvəzində bölgələrə qəbul plan yerini artırsaq, hesab edirəm ki, həm süni şəkildə yaranan sıxlığı aradan qaldıra bilərik, eyni zamanda bölgələrin inkişafına da kömək edə bilərik".

Xəbər lenti