Logo

Araz Paşayev İdarəçilik Akademiyasında maarifləndirici tədbirdə olub - FOTO

24.11.2022 11:46 689 baxış
IMG

Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri Araz Paşayev noyabrın 23-də Prezident yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) maarifləndirici tədbirdə olub.

Tehsil.biz xəbər verir ki, tədbirin təşkilində məqsəd I kurs tələbələrini Fondun təklif etdiyi imkanlar barədə məlumatlandırmaq olub.

Tədbirdə Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi İdarəetmə fakültəsi dekanı Həsənov Murtəza və birinci kurs tələbələri iştirak ediblər.

Tədbirdə ilk öncə DİA-nın Siyasi İdarəetmə fakültəsi dekanı Həsənov Murtəza qonaqları salamlamış, dövlətin təhsil sahəsində həyata keçirdiyi layihələrdən danışmışdır. Bildirmişdir ki, Elm və Təhsil Nazirliyinin tabeliyində yaradılmış

Təhsil Tələbə Krediti Fondunun fəaliyyətinin əsas məqsədi təhsilin əlçatanlığını təmin etməkdir. Fond təhsil almaqda gənclərə bərabər imkanlar yaratmaq məqsədilə ölkə Prezidenti cənab İlham Əliyevin 2021-ci il 17 iyun tarixli Fərmanı ilə yaradılıb.

Sonra TTKF-nin İdarə Heyətinin sədri Araz Paşayev çıxışında Fondun fəaliyyəti, kreditlərin verilməsinin ilkin şərtləri, mərhələləri, kredit şərtlərinin üstünlükləri kimi məsələlərə aydınlıq gətirmişdir. Bildirmişdir ki, Fondun məqsədi əhalinin aztəminatlı təbəqələrindən olan şəxslərin təhsilə əlçatanlığını təmin etməkdir. 

Tədbir tələbələrin mövzuya dair suallarının cavablandırılması ilə yekunlaşıb.

Xəbər lenti