Logo

Bir küçədə bir neçə təhsil ocağı və sıxlıq - RƏY+FOTO

24.11.2022 08:56 337 baxış
IMG

"Bir küçədə bir neçə təhsil ocağının yerləşməsi tıxaca və sıxlığa səbəb olur".

Bunu "Tehsil.biz"ə təhsil üzrə mütəxəssis Nadir İsrafilov deyib.

Ekspert bildirib ki, bu gün universitetlərin böyük əksəriyyəti Bakı şəhərindədir:

"Səməd Vurğun küçəsində Xarici Dillər Universiteti, orta məktəb, bağça və s. var. Bir küçədə bir neçə təhsil ocağı yerləşir. Bu da tıxac yaradır. Buna görə də, universitetlərin köçürülməsinə baxılmalıdır".

N.İsrafilov ali məktəblərin hansının haraya köçürülməsi haqda konkret fikir demək olmadığını bildirib:

"Konkret demək olmaz ki, hansı universitetlər köçürülə bilər. Çünki bu, nə dünənin, nə də bu günün məsələsidir. Dəfələrlə müzakirə olunub, amma təəssüf ki, bu problem öz həllini tapmayıb”.

Mütəxəssis hesab edir ki, Üzeyir Hacıbəyli adına Musiqi Akademiyasını paytaxtdan köçürmək olar:

“Məsələn, Şuşa Azərbaycan musiqisinin beşiyi hesab olunur. Nəyə görə Üzeyir Hacıbəyli adına Musiqi Akademiyasını Şuşaya köçürməyək? Sumqayıt sənaye şəhərimizdir. Bu istiqamətdə təhsil verən ali məktəbləri buraya köçürmək olar. Qarabağ məsələsi tam yekunlaşdıqdan sonra orada müəyyən ali təhsil müəssisələri köçürülə bilər, universitet filialları açıla bilər. Universitetlərin köçürülməsi ilə yerli kadrların sayı artacaq. Məsələn, regionda həmin sahənin inkişafı gedəcək, həm də yeni iş yerləri açılacaq”.

Xəbər lenti