Noyabrın 22-də Azərbaycan Dillər Universitetində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin təlimi keçirilib.
Tehsil.biz xəbər verir ki, təlimdə universitetin müəllim-tələbə heyəti iştirak edib.
Qeyd olunub ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin fəaliyyət istiqamətlərindən biri də icbari tibi sığorta sahəsində maarifləndirmə işini həyata keçirməkdir. Bu məqsədlə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin ekspertləri tərəfindən müxtəlif təşkilatlarda və dövlət qrumlarında çalışan əməkdaşlar üçün ödənişsiz təlimlər keçirilir.
Təlimdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və təqdirlər şöbəsinin müdiri Pərvin Baxşəliyeva təqdimatla çıxış edib və iştirakçıların suallarını cavablandırıb.