Logo

UNEC “ANKOSLink 2022” beynəlxalq konfransında təmsil olunur

23.11.2022 15:35 86 baxış
IMG

Türkiyənin Antalya şəhərində “ANKOSLink 2022” beynəlxalq konfransı keçirilir.

Tehsil.biz xəbər verir ki, dünyanın müxtəlif ölkəsindən 500-dən çox kitabxana-informasiya mütəxəssisinin qatıldığı beynəlxalq konfransda UNEC Kitabxana-İnformasiya Mərkəzinin direktoru Adilə Abdullayeva da iştirak edir.

Tədbirdə Anadolu Universitet Kitabxanaları Konsorsiumunun (ANKOS) rəhbəri İsmayıl Çetinkaya açılış nitqi ilə çıxış edib.

Panel iclaslarda elm və təhsil resursları, verilənlər bazasının idarə edilməsi, qarşılıqlı birgə fəaliyyət, blokçeyn texnologiyaları, süni intellektin kitabxana işinə tətbiqi və yeni tendensiyalar, informasiya əldə etməkdə davamlılıq, davamlı rəqəmsal mühafizə, nəşriyyat sahəsindəki yeniliklər və kitabxanalarda yeni texnoloji həllərin tətbiqi kimi məsələlər müzakirə olunur.

Konfrans noyabrın 25-dək davam edəcək.

Xəbər lenti