Logo

“Azərbaycan qadınının tolerant və mütərəqqi cəmiyyətin formalaşmasında rolu” mövzusunda seminar keçirilib

23.11.2022 15:17 299 baxış
IMG

22-23 noyabr tarixlərində Xaçmaz rayonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Azərbaycan qadınının tolerant və mütərəqqi cəmiyyətin formalaşmasında rolu” mövzusunda seminar keçirilib.

Tehsil.biz xəbər verir ki, fəal qadınlar, təhsil işçiləri, psixoloqlar, gənclər və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən seminarın məqsədi dini maarifçilik işinin həyata keçirilməsində dini radikalizm və xurafatla mübarizə, o cümlədən milli-mənəvi və tolerant dəyərlərin təbliğində qadınların fəal iştirakına dəstək vermək, bu sahədə onları istiqamətləndirməkdir.

Dövlət Komitəsinin Təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Elnarə Kərimova, İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Yaqut Əliyeva, İcra hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi  Yaqut Məsimova mövzu ilə bağlı fikirlərini bölüşərək, qadınların cəmiyyətin inkişaf prosesində tam iştirak etməsi üçün təhsilli və savadlı olmasının zəruriliyi, eyni zamanda qızların təhsildən yayınmasının acı nəticələri, dini radikalizm, cəhalət və xurafata qarşı mübarizədə ən effektiv vasitə olan maarifləndirmə prosesində qadınların roluna toxunublar.

Dövlət Komitəsinin əməkdaşı Aysel Abdullayeva isə dini radikalizm, erkən nikah, xurafat və yaratdığı problemlər, eyni zamanda bütün bunlarla mübarizə istiqamətində həyata keçirilən tədbirlərdən danışıb.

Dövlət Komitəsinin sifarişi əsasında çəkilmiş “Ailə dəyərləri” sənədli filminin, eləcə də “Dövlət və din” videoçarxının nümayiş edildiyi ikigünlük seminarın sonunda iştirakçıların sualları cavablandırılıb.

Xəbər lenti