Logo

Naxçıvan Musiqi Kollecində Fikrət Əmirovun 100 illik yubileyi keçirilib

23.11.2022 14:50 145 baxış
IMG

Naxçıvan Musiqi Kollecində Fikrət Əmirovun 100 illik yubileyi qeyd olunub.

Tehsil.biz xəbər verir ki, tədbirdə çıxış edən Musiqi nəzəriyyəsi fənn birləşmə komissiyasının  müəllimi Nərmin Qasımova Fikrət Əmirovun həyat və yaradıcılığı haqqında iştirakçıları məlumatlandırıb. Bildirilib ki, Azərbaycan klassik musiqi sənətinin görkəmli nümayəndəsi, istedadlı bəstəkar Fikrət Əmirov dərin ideya məzmunu ilə seçilən əsərlər yaradıb, bəstəkarlıq üslubu ilə milli musiqi mədəniyyətimizə zəngin sənət əsərləri bəxş edib.

Bəstəkarın yaradıcılığında  mühüm yer tutan simfonik əsərlərdə fərdi, özünə məxsus üslubun aydın şəkildə özünü göstərdiyini diqqətə çatdıran Nərmin Qasımova qeyd edib ki, simli orkestr üçün yazılan “Nizami” simfoniyası Fikrət Əmirovun  ən uğurlu əsərlərindən biridir. Diqqətə çatdırılıb ki,  Nizaminin xatirəsinə həsr edilən simfoniya böyük şairin anadan olmasının 800 illiyi münasibəti ilə yazılıb. Bəstəkarın çoxşaxəli yaradıcılıq irsində Vokal janrının da özünə məxsus yeri var. Bəstəkar mahnı romanslarında həmişə lirikaya üstünlük verib, bu janra xüsusi emosional dolğunluq gətirib. 

Daha sonra tədbirin bədii hissəsinə baxış olub.

“Sevil”operasından “Sevilin ariyası”, “ Muğam poema”, Rəqs ,“ Min bir gecə” baletindən ll rəqs, “Mən səni araram”, “Aşıqsayağı”, “Aslanın mahnısı”, “Kor Ərəbinmahnısı”, “Azərbaycan dağlarınd” ,“Böyük dayaq” filmindən mahnı “Gecə keçdi”, ll Prelüd, l Ekspromt, “Sevgi rəqsi” ifaları iştirakçılarda xoş təəssürat yaradıb.

Fikrət Əmirov yaradıcılığının geniş, bədii maraq dairəsinin çox şaxəliliyini diqqətə çəkən Musiqi kollecinin direktoru Məhəbbət Babayeva vurğulayıb ki, musiqidə elə bir janr yoxdur ki, bəstəkar ona müraciət etməsin. Bildirilib ki, Fikrət Əmirov opera, balet, simfoniya, simfonik muğam və poema, süita, kapriççio, musiqili komediyalar,  mahnı və romansların müəllifidir.

Xəbər lenti