Logo

Dövlət İdarəçilik Akademiyasının müəllimi beynəlxalq peşə müsabiqəsinin qalibi olub

23.11.2022 14:00 90 baxış
IMG

Rusiyanın paytaxtı Moskvada universitet müəllimlərinin “University teacher-2022” adlı VIII beynəlxalq peşə müsabiqəsi keçirilib. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (DİA) Hüquq kafedrasının müəllimi, Hüquq üzrə fəlsəfə doktoru Reyhan Cəfərova müsabiqəyə “Multikulturalizm – Azərbaycan Respublikasının dövlət siyasətinin tərkib hissəsidir” adlı məqaləsi ilə qatılıb.

DİA-dan verilən məlumata görə, hər il müxtəlif elm sahələri üzrə keçirilən müsabiqəyə dünyanın bir sıra ölkələrindən yüzlərlə elmi iş göndərilir. Müsabiqənın məqsədi müəllimlərin fəaliyyətinin və yaradıcılıq qabiliyyətlərinin inkişafına, pedaqoji bacarıqlarına, özünü ifadə etmək üçün imkanları təmin etməyə, təhsilin optimal səviyyəsinə çatmaq üçün şərait yaratmaqdır.

Bu il müsabiqədə iştirak edən elmi müəssisələrin sayı 418-ə çatıb. İştirakçılar ali və orta ixtisas təhsil müəssisələrinin (universitetlər, institutlar, akademiyalar, kolleclər) müəllimləri və elmi işçiləri olub. İştirakçılar bir neçə istiqamətlərdə və nominasiyalarda layihələrini təqdim ediblər. Müsabiqənin nəticələri karyera yüksəlişi, müxtəlif istiqamətlər, nominasiyalar və müsabiqə işlərinin təqdimat formaları, habelə iştirakçı təhsil müəssisələrinin reytinqləri əsasında formalaşdırılıb.

Reyhan Cəfərovanın təqdim etdiyi elmi əsər elmi-pedaqoji səviyyəyə görə 125-dən çox balla qiymətləndirilərək müəllimlər nominasiyasında I yerə layıq görülüb.

Qeyd etmək lazımdır ki, müsabiqədə iştirak edən 418 tədris müəssisəsindən yalnız 10-u top–onluğa daxil olub və onların sırasında Dövlət İdarəçilik Akademiyası da vardır.

Xəbər lenti