Logo

Varşava Azərbaycan Evində seminar təşkil edilib

23.11.2022 13:50 192 baxış
IMG

Polşanın paytaxtı Varşavada fəaliyyət göstərən Azərbycan Evində maliyyə və mühasibatlıq sahələri üzrə seminar keçirilib.

Tehsil.biz xəbər verir ki, seminar Polşa Azərbaycanlıları Şurası və Azərbaycan Tələbə Məzunları Platformasının (Azerbaijan Student Alumni Platform - ASAP) dəstəyi və “Interstudy-Student Services”in təşkilatçılığı ilə baş tutub.

Qeyd edək ki, layihə Polşada yaşayan azərbaycanlı tələbələrin maliyyə və mühasibatlıq sahələrində iş tapmaq və karyera qurmaları məqsədilə ödənişsiz şəkildə həyata keçirilir.

Xəbər lenti