Logo

ADU-nun dosenti Zaqrebdə işgüzar səfərdə olub - FOTO

23.11.2022 13:25 81 baxış
IMG

Azərbaycan Dillər Universitetinin  Beynəlxalq əlaqələr şöbəsinin müdiri, German dillərinin tərcümə nəzəriyyəsi və praktikası kafedrasının dosenti Fialə Abdullayeva Xorvatiya Respublikasının Zaqreb Universitetində işgüzar səfərdə olub.

Tehsil.biz xəbər verir ki, o, 9-16 noyabr tarixlərində AR Elm və Təhsil nazirliyinin qrantına layiq görülmüş THBAM Akademik Mobillik layihəsi çərçivəsində koordinator kimi Zaqreb Universitetində ezamiyyətdə olub.

F. Abdullayeva Ezamiyyət müddətində universitetin Humanitar fənlər fakültəsinin dekanı və tərcümə fənlərini tədris edən müəllimlərlə, eləcə də Türkologiya və İndologiya kafedrasının professorları ilə görüşüb. Görüş zamanı tərəflər arasında gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.

O, eyni zamanda Zaqrebdə ezamiyyətdə olan 10 nəfərlik müəllim heyəti ilə birgə tərcümə dərslərində  iştirak edib, adıçəkilən universitetinin kitabxanası ilə tanış olub.

Səfər zamanı Azərbaycan Respublikasının Xorvatiya Respublikasına yeni təyin olunmuş səfiri tərəfindən  səfirlikdə görüş keçirilib. Həmin görüşdə  səfir  və  müəllimlər  arasında gələcək əməkdaşlıq perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb.

Xəbər lenti