Logo

Təhsil eksperti Emin Əmrullayevi debata çağırdı

23.11.2022 11:22 2211 baxış
IMG

Təhsil eksperti Kamran Əsədov elm və təhsil naziri Emin Əmrullayevi müzakirəyə dəvət edib.

Tehsil.biz xəbər verir ki, ekspert bu barədə sosial şəbəkə hesabında yazıb.

"Hörmətli Emin müəllim, bildiyiniz kimi, ölkə ürzə 4432 orta məktəbin üzərinə rəhbərlik etdiyiniz nazirliyin adı yazılıb. Düzdür, bu məktəblərin hamısında direktor ştatı yoxdur. Çünki "dövlət ümumtəhsil məktəblərinin, liseylərin və gimnaziyaların nümunəvi ştatları" haqqında qərara görə direktor ştatı üçün o məktəbdə azı 3-4 sinif olmalıdır", - deyə K.Əsədov bildirib.

Təhsil eksperti bunları əlavə edib:

"Cənab nazir, "Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nın, “Dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul və çalışmanın yaş həddinə çatmış direktorlarla əmək münasibətlərinin tənzimlənməsi” qaydalarının və digər qanunvericilik aktlarının tələblərinə görə orta məktəbdə direktor pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsili, 5 ildən az olmayaraq (təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqda 3 il) pedaqoji stajı olan şəxlər təyin oluna bilər. 

Hörmətli Emin müəllim, təkrar bir də yazıram, baza, əsas təhsili pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsili olanlar direktor ola bilər. Daha baytarlığı, ilahiyyatı, zootexnikliyi bitirib ixtisas artırma ilə 6 aya pedaqoji diplom alan ola bilməz

Cənab nazir, o qədər baytarı, zootexniki, ilahiyyatçını direktor təyin etmisiniz ki, o mütəxəsislərə ehtiyacı olan qurum, onları tapa bilmir. 

Emin müəllim, pedaqoji baza ali təhsili olmayanları niyə direktor təyin etdiyinizin səbəbi mənim üçün maraqlıdır. Yəni bu qədər ali təhsil müəssisələrinin pedaqoji təhsilli məzunları, orta məktəblərin 150 min pedaqoji təhsilli, uzun illər stajı olan müəllimləri arasından layiqlisi olmadı ki, siz baytarlararı, ilahiyyatçıları təyin edirsiniz?

Hörmətli Emin müəllim, mənim dünyanın inkişaf etmiş ölkələrində direktor təyinatı ilə bağlı araşdırmam var, amma sizin tətbiq etdiyiniz təcrübəyə rast gəlmədim. Mənə təhsil tədqiqatçısı olaraq, elmi-tədqiqata əsasən bu təyinatın doğruluğunu deyə bilərsiniz?

Deyə bilərsiniz ki, inzibati vəzifədir. Amma cənab nazir, heç bir xəstəxanaya pedaqoji təhsilli müəllim rəhbərlik etmir. Təhsil spesifik sahədir, təkcə idarəetmə deyil. Pedaqoji tamlığın təmin olunması üçün orta məktəbdə rəhbər şəxsin də pedaqoji ali təhsilli olması vacibdir. 

Düşünürəm ki, pedaqoji baza ali təhsili olmayanlar hansısa maraq qarşılığında direktor təyin olunub. Siz bunu ittiham kimi qəbul edə bilərsiniz, amma mən qanunvericiliyin tələblərinin kobud şəkildə pozulmasını başqa cür başa düşmürəm".

Xəbər lenti