Çelyabinskdə dörd yaşlı qız uşaq bağçasında üzərinə çay töküldükdən sonra yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Tehsil.biz xarici KİV-ə istinadən xəbər verir ki, hadisə noyabrın 17-də baş verib. Müəssisədə işləyən dayə nimçədə isti çay gəzdirib və uşaqlar onun ətrafına qaçıblar. Qız ona çırpılıb və uşağın üzərinə qaynar su tökülüb.
Hadisədən sonra müəllim dərhal valideynləri çağırıb. Qız yanıq mərkəzinə aparılıb.
Qeyd olunur ki, məktəbəqədər təhsil müəssisəsi hadisə ilə bağlı şərh verməkdən imtina edib, şəhərin təhsil komitəsi isə faktla bağlı araşdırma aparıldığını və onun nəticələrinə əsasən təqsirkarların məsuliyyətə cəlb ediləcəyini bildirib.