Logo

Bakı məktəbində "Şuşanın 270 anı” bədii-sənədli filmin təqdimatı olub

23.11.2022 10:13 131 baxış
IMG

Bakı şəhəri M.Şəhriyar adına 193 nömrəli məktəbdə “Şuşanın 270 anı” bədii-sənədli filmin təqdimatı keçirilib.

"Tehsil.biz"in məlumatına görə, 19 dəqiqəlik filmin layihə rəhbəri teleaparıcı Lalə Azərtaş, quruluşçu rejissoru Rauf Ocaqverdiyevdir.

Müəllim-şagird kollektivinin, məktəbin şagirdi olmuş şəhid Ələddin Səidovun atası Azər Səidovun və digər şəhid ailələrinin, qazilərin iştirakı ilə baş tutan tədbirdə təhsil müəssisəsinin direktoru Nihal Hacıyeva çıxış edərək 44 günlük Vətən müharibəsində qazandığımız Şanlı Zəfərdən söz açıb, şagirdlərin vətənpərvərlik ruhunda yetişmələri üçün belə tədbirlərin mütəmadi təşkil edildiyini söyləyib.

Layihənin rəhbəri, teleaparıcı Lalə Azərtaş Şuşa şəhərinin işğaldan azad olunmasından, Prezident İlham Əliyevin 2022-ci ili “Şuşa İli” elan etməsindən və Şuşanın 270-ci ilinə həsr olunan bu filmin ərsəyə gəlməsindən bəhs edib. Qeyd edib ki, Şuşa şəhəri əsgərlərimizin qanları, canları bahasına, rəşadətli Ordumuzun şücaətilə azad olunub.

Sonra “Şuşanın 270 anı” bədii-sənədli film nümayiş etdirilib.

Qeyd edək ki, film Qarabağın döyünən ürəyi, xalqımızın mədəniyyət beşiyi olan Şuşa haqqında ciddi faktlar, maraqlı görüntülər və tarixi məlumatlarla zəngindir. Filmdə, həmçinin məşhur fransız yazıçısı Aleksandr Dümanın Xan qızı Natəvanla görüşməsi, birlikdə şahmat oynamaları və Natəvanın A.Dümanı oyunda mat etməsi səhnəsi də göstərilib. Filmdə bu səhnənin yer alması tarixi fakta əsaslanıb. Belə ki, fransız yazıçısı Aleksandr Düma Qafqaz səfərindən sonra Fransaya qayıdaraq “Qafqaz səfəri” kitabında X.Natəvanla görüşü, şahmat oyunu barəsində, gəzdiyi yerlər haqqında öz təəssüratlarını qələmə alıb. Bu da bir daha sübut edir ki, Şuşa Azərbaycanın əzəli, əbədi torpağıdır.

Xəbər lenti