Logo

Omskda məktəblər və uşaq bağçaları karantinə görə kütləvi şəkildə bağlanıb

23.11.2022 00:49 281 baxış
IMG

Omskdakı təhsil müəssisələri kütləvi şəkildə karantinə alınır.

"Tehsil.biz"in məlumatına görə, bu barədə “Vesti Omsk” şəhərin Təhsil Departamentinə istinadən xəbər verir.

Məlumata görə, noyabrın 22-dən etibarən 19 sinif və 71 qrup müvəqqəti bağlanıb. Karantin tətbiqinə səbəb SARS və qripin yayılmasıdır.

“Bu gün qrip viruslarının yaratdığı xəstəliklərin nisbəti artıq 21 faizdir. Bu, noyabrın 7-dən 13-dək olan dövrlə müqayisədə demək olar ki, üç yarım dəfə çoxdur", - deyə Rospotrebnadzorun Omsk vilayəti üzrə İdarəsinin sözçüsü Mariya Şadrina mediaya müsahibəsində bildirib.

Bundan əvvəl isə Rospotrebnadzor qripə qarşı nə qədər rusiyalının peyvənd olunduğunu bildirmişdi.

Xəbər lenti