Logo

AzMİU-nun tələbəsi qızıl medal qazanıb

22.11.2022 18:26 72 baxış
IMG

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Nəqliyyat fakültəsinin tələbəsi Toğrul Qurbanov Ümumdünya Kapoeyra Federasiyasının Polşanın Zakopane şəhərində təşkil etdiyi turnirin qalibi olub.

Bu barədə "Tehsil.biz"ə universitetdən məlumat verilib.

Qeyd edək ki, Azərbaycan Kapoeyra Federasiyasının yığma komandası bu yarışda yüksək nəticələr qazanıb. Belə ki, 10-dan çox ölkənin iştirak etdiyi turnirdə Azərbaycan kapoeyraçıları medal hesabında Estoniya və Almaniya idmançılarını geridə qoyaraq fəxri kürsünün ilk pilləsində yer alıblar.

Seçməmiz komanda hesabında 1-ci yerə çıxıb. Təmsilçilərimiz arasında AzMİU-nun tələbəsi Fərid Allahverdiyev də qızıl medal əldə edib.

Xəbər lenti