Logo

Orenburq şəhərində həftəsonu Azərbaycan məktəbi açılıb - FOTO

22.11.2022 18:02 203 baxış
IMG

Rusiyanın Orenburq şəhərində Azərbaycan dilinin öyrənilməsi məqsədilə həftəsonu Azərbaycan məktəbi fəaliyyətə başlayıb.

Bu barədə "Tehsil.biz"ə Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, Orenburq Vilayətindəki Azərbaycan diasporunun rəhbəri İlkin Kərimovun və onun müavini Rövşən Səfərovun təşkilatçılığı ilə yaradılan məktəbdə artıq ilk dərs keçirilib.

İlkin Kərimov bildirib ki, bu addım Azərbaycan Prezidenti İlham Əliyevin Dünya Azərbaycanlılarının V Qurultayında xaricdə doğma dilimizin tədrisi, həftəsonu Azərbaycan məktəblərinin yaradılması barədə səsləndirdiyi tövsiyələrə uyğun olaraq atılıb.

Xəbər lenti