Logo

BDU tələbələri Kimya fənni üzrə beynəlxalq internet-olimpiadada III yeri tutublar

22.11.2022 15:41 97 baxış
IMG

Noyabrın 14-17-də Türkmənistanın Məhtimqulu adına Türkmən Dövlət Universitetinin təşkilatçılığı ilə Universitet tələbələri üçün Kimya fənni üzrə beynəlxalq internet-olimpiada keçirilib.

Tehsil.biz xəbər verir ki, internet-olimpiadada dünyanın 20-dən çox ölkəsindən 66-dan çox ali məktəbi 324 tələbə təmsil edib.

Olimpiada “A” və “B” kateqoriyaları üzrə keçirilib. Beynəlxalq ekspertlər qrupu tərəfindən hazırlanmış tapşırıqlar mürəkkəblik dərəcəsi ilə fərqlənib.

Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin II kurs tələbəsi Aydın Məmmədov, III kurs tələbələri Əhməd Məmmədzadə, Nigar İlyasova, Nəzakət Yusifli, Kənan Ağayev (SABAH qrupu) olimpiadada uğurlu nəticə göstərərək “A” kateqoriyası üzrə III yerə layiq görülüblər.

Xəbər lenti