Logo

“Regional inkişaf və rəqəmsal iqtisadiyyat” mövzusunda beynəlxalq konfrans keçiriləcək

22.11.2022 13:02 203 baxış
IMG

Dekabrın 2-3-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Regional inkişaf və rəqəmsal iqtisadiyyat” mövzusunda beynəlxalq konfrans keçiriləcək.

UNEC-dən "Tehsil.biz"ə bildirilib ki, konfrans universitetin İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutu (İAETİ), Türkiyənin Daxili İşlər Nazirliyinin İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnstitutu (İKSAD) və Ege Universiteti ilə bağlanmış əməkdaşlıq müqaviləsi çərçivəsində üçtərəfli razılıq əsasında təşkil olunacaq.

Konfransın məqsədi rəqəmsal iqtisadiyyatın regional inkişafa təsirlərinin aktual məsələləri, problemlərin hərtərəfli təhlili və onların mümkün həll yollarının geniş müzakirəsinin aparılmasıdır.

Plenar iclas və bölmələr üzrə təşkil olunacaq tədbirə tədqiqat xarakterli orijinal, əvvəllər heç bir yerdə çap olunmamış tezis və məqalələr təqdim edilməlidir. Xülasə və tam mətnlər İKSAD İnstitutu tərəfindən indeksli toplularda yayımlanacaq, eyni zamanda, məqalələrin uyğun rəydən keçənləri UNEC-in “Elm xəbərləri” jurnalında çap olunacaq, “Scopus” və “Web of Scince” bazalarına daxil olan jurnallara təqdim ediləcək.

Xəbər lenti