Logo

ASAPES SABAH tələbələri “Sumqayıt” FK-da təcrübə keçiblər - FOTO

22.11.2022 10:21 450 baxış
IMG

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ASAPES) SABAH tələbələrinə “İdman və informasiya hüququ” fənnini tədris edən Elcan Həsənlinin rəhbərliyi ilə akademiyanın bir qrup tələbəsi “Sumqayıt” Futbol Klubunda olub.

Tehsil.biz xəbər verir ki, ziyarət zamanı klubun mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov tələbələrin hər birinə onların adları yazılmış vəsiqələri təqdim edib.

Azərbaycan Premyer Liqasının 13-cü turunun həmin gün baş tutan “Sumqayıt” – “Neftçi” oyunundan əvvəl qarşılaşmaya hazırlıq prosesi ilə tanış olan tələbələr AFFA nümayəndəsi tərəfindən keçirilən oyunöncəsi iclasda da iştirak ediblər.

Matç başa çatdıqdan sonra isə ASAPES təmsilçiləri oyun sonrası mətbuat konfransına qatılıblar.

Xəbər lenti