Logo

Orta ixtisas və peşə təhsili müəssisələrində praktiki məşğələlər bərpa edilir

15.02.2021 00:18 680 baxış
IMG

Bu gündən ali və orta ixtisas təhsili və peşə təhsili müəssisələrində praktiki məşğələlər tələb olunan ixtisaslar üzrə (müvafiq laboratoriya və xüsusi təchiz edilmiş auditoriyalarda) və təhsilalanların fiziki iştirakını tələb edən fənlərin və mövzuların əvvəlcədən müəyyən edilmiş cədvəllər üzrə tədrisi (tibb, yaradıcılıq, mühəndislik və s.) ənənəvi formada bərpa olunur.

 

Tehsil.biz xəbər verir ki, tədris bərpa olunan universitetlərdə məşğələlər Təhsil Nazirliyinin qoyduğu qaydalar əsasında həyata keçiriləcək.

 

Qeyd edək ki, ali təhsil müəssisələrinin bir qismində isə əyani tədris bərpa olunmayacaq.

 

Report

Xəbər lenti