Logo

MDU-da seminar: "Gender problemlərinin psixoloji aspektləri" - FOTO

21.11.2022 22:21 261 baxış
IMG

Noyabrın 16-da Mingəçevir Dövlət Universitetinin (MDU) Karyera və İnkişaf Mərkəzinin (KİM) təşkilatçılığı ilə “Gender problemlərinin psixoloji aspektləri” mövzusunda seminar keçirilib.

Tehsil.biz xəbər verir ki, universitetin akademik heyət üzvləri, tələbə və magistrantlarının iştirakı ilə keçirilən seminarda MDU-nun Psixlogiya və pedaqogika kafedrasının müəllimi Nərgiz Niftəliyeva təqdimatla çıxış edib.

Təqdimatda gender problemlərinə psixoloji yanaşmadan bəhs edilib, gender psixologiyasında emosional sfera ilə bağlı ətraflı məlumat verilib və təqdim olunan suallar cavablandırılıb.

Seminar iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Xəbər lenti