Bakı Dövlət Universitetinin (BDU) jurnalistika və tarix fakültələrinin könüllülərinin birgə təşkilatçılığı ilə “Zəfərin izi ilə” adlı tədbir keçirilib.
Bu barədə "Tehsil.biz"ə BDU-dan məlumat verilib. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin əziz xatirəsi anılıb.
Tədbirdə Jurnalistika fakültəsinin dekan müavini Samir Mirzəyev və Tarix fakültəsinin Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasının dosenti Xumar Səfərova Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan şanlı Zəfərdə gənclərin rolundan danışıblar. Böyük Zəfərin əhəmiyyəti vurğulanıb. Bildirilib ki, Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə ucalan Vətən övladları arasında BDU-nun da 20 məzunu var. Onların xatirəsi daim əziz tutulur, ehtiramla yad edilir.
Sonra tələbələr tərəfindən vətənpərvərlik mövzusunda mahnı və şeirlər səsləndirilib. “Mən Azərbaycanlıyam” musiqisinin sədaları altında Azərbaycan və Türkiyə bayraqları dalğalandırılıb.