Logo

Kütahya Dumlupınar Universitetinin müəllimi AzTU tələbələrinə mühazirə deyib - FOTO

21.11.2022 17:16 431 baxış
IMG

Azərbaycan Teniki Universiteti (AzTU) ilə Kütahya Dumlupınar Universiteti arasında “Erasmus+” mübadilə proqramı çərçivəsində əməkdaşlıq uğurla davam etdirilir.

Tehsil.biz xəbər verir ki, əməkdaşlıq çərçivəsində Kütahya Dumlupınar Universitetinin Elektronika və avtomatika kafedrasının müəllimi Dəniz Kaptan AzTU-nun qonağı olub.

O, “Erasmus+” mübadilə proqramı çərçivəsində dörd gün ərzində AzTU-nun Energetika və avtomatika fakültəsinin tələbə-müəllim heyəti ilə görüşlər keçirib, həmçinin tələbələrə mühazirə deyib.

Mühazirələr əsasən Kütahya Dumlupınar Universitetinin mühəndis hazırlığının prioritet istiqamətləri, elektrik və elektronikanın əsasları, elektrikli maşınlar, onların modelləşdirilməsi, idarə üsulları  və digər maraq doğuran məsələləri əhatə edib.

Dəniz Kaptan keçirdiyi görüşlər zamanı tələbələri maraqlandıran suallarını cavablandırıb. 

Xəbər lenti