Logo

“Təcrübə danışır” devizi altında seminar keçirilib - FOTO

21.11.2022 17:04 247 baxış
IMG

Noyabrın 17-də Mingəçevir Dövlət Universitetinin (MDU) İqtsadiyyat və İdarəetmə fakültəsinin İqtisadiyyat kafedrasının təşkilatçılığı ilə “Təcrübə danışır” devizi altında seminar keçirilib.

Tehsil.biz xəbər verir ki, “Turizm işinin təşkili” ixtisası üzrə təhsil alan tələbələr üçün təşkil edilən seminara kafedranın müəllimi Səadət Yusibova moderatorluq edib.

Seminarda çıxış edən “Finn Church Aid” beynəlxalq yardım təşkilatının təmsilçisi Nuranə Əliyeva fəaliyyəti ilə bağlı dünyanın bir çox ölkələrində səfərdə olduğunu bildirib. O, müasir dövrdə turizm destinasiyalarının cəlbediciliyini müəyyən edən amillərdən, səyahətlərin effektiv təşkilindən danışıb və bu sahədə şəxsi təcrübələrini bölüşüb. Bununla yanaşı, xaricdə təhsil və iş imkanları barədə məlumat verən N.Əliyeva tələbələrin suallarını cavablandırıb.

Seminar iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Xəbər lenti