Logo

ASAPES tələbələri Hərbi Qənimətlər Parkında olublar - FOTOLAR

21.11.2022 16:21 274 baxış
IMG

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) Tələbə və könüllülərlə iş şöbəsinin təşkilatçılığı ilə Akademiyanın 1-ci kurs tələbələri və yuxarı kursların aktiv tələbələri 44 günlük Vətən müharibəsi zamanı müzəffər Azərbaycan ordusunun döyüş meydanında məğlubiyyətə uğratdığı düşməndən qənimət kimi götürdüyü texnikaların nümayiş etdirildiyi “Hərbi Qənimətlər Parkı”nda ekskursiyada olublar.

Tehsil.biz xəbər verir ki, ekskursiya zamanı tələbələrə Vətən müharibəsində ordumuzun göstərdiyi misilsiz qəhrəmanlıqlar, düşmənin canlı qüvvə və texnika itkiləri barədə məlumat verilib.

Bu cür tədbirlərin təşkilində əsas məqsəd tələbələrin Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsi dövründə əldə etdiyi hərbi qənimətlərlə tanış edilməsi, onlarda vətənpərvərlik hissinin yüksəldilməsi və azərbaycançılıq prinsiplərinin aşılanmasıdır.

 

Xəbər lenti