Logo

Qeyri-formal məşğulluğa qarşı məlumatlandırıcı tədbir keçirilib - FOTO

21.11.2022 13:23 303 baxış
IMG

Mingəçevir Dövlət Universitetinin (MDU) Karyera və İnkişaf Mərkəzinin (KİM) təşkilatçılığı ilə qeyri-formal məşğulluğa qarşı məlumatlandırıcı tədbir keçirilib.  

Tehsil.biz xəbər verir ki, MDU tələbələrinin iştirakı ilə keçirilən tədbirdə KİM-in əməkdaşı Razim Qurbanov qeyri-formal məşğulluğun mahiyyəti və mənfi nəticələri, formal məşğuliyyətin üstünlükləri barədə ətraflı məlumat verib və təqdim edilən sualları cavablandırıb.

Sonra tədbirdə tələbələrə qeyri-formal məşğulluğa qarşı məlumatlandırıcı bukletlər paylanılıb.

Xəbər lenti