Logo

Sinif yoldaşını döyən şagird təhsilini Yevlaxda davam etdirir - RƏSMİ

21.11.2022 12:07 429 baxış
IMG

Paytaxtdakı 112 nömrəli tam orta məktəbdə şagirdlərdən birinin sinif yoldaşına qarşı fiziki zorakılığı ilə bağlı sosial şəbəkələrdə yayılan videogörüntülərlə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Bu barədə "Tehsil.biz"ə BŞTİ-dən məlumat verilib.

Bildirilib ki, hadisənin iştirakçıları olan şagirdlərə zəruri psixoloji xidmət göstərilib, zərərçəkən şagird və onun valideynləri ilə görüş keçirilib, profilaktik söhbətlər aparılıb, şagirdin təhlükəsiz təhsil şəraitinin təmin olunduğu valideynlərinin nəzərinə çatdırılıb:

"Hadisənin iştirakçısı olan şagirdlərə nəzarətin gücləndirilməsi və aidiyyəti tədbirlərin görülməsi istiqamətində Bakı şəhəri 112 nömrəli tam orta məktəb rəhbərliyinə müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, videogörüntüdə sinif yoldaşına xəsarət yetirən şagird ailəsinin təşəbbüsü və xahişi əsasında təhsilini hazırda Yevlaxdakı məktəblərin birində davam etdirir.

Onu da qeyd edək ki, məktəbdaxili münasibətlərin düzgün tənzimlənməsi hər zaman diqqət mərkəzində saxlanılır və bununla bağlı zəruri maarifləndirmə işləri görülür".

Xatırladaq ki, ötən ay sosial şəbəkədə Sabunçu rayonu 112 nömrəli tam orta məktəbdə şagirdlərdən birinin sinif yoldaşını döyməsini əks etdirən videogörüntülər yayılmışdı.

Həmçinin oxuyun: 

Bakıda məktəbdə şagird döyülməsi ilə bağlı araşdırma aparılır - RƏSMİ AÇIQLAMA

Məktəblilər valideynləri ilə birgə polisə çağırıldı

Dövlət Komitəsi məktəbdə şagirdin döyülməsinə münasibət bildirib

Xəbər lenti