Logo

Moskva Dövlət Universitetinin Bakı filialında “Açıq qapı” günü keçiriləcək

21.11.2022 11:12 265 baxış
IMG

Noyabrın 26-da M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialında “Açıq qapı” günü keçiriləcək.

Bu barədə "Tehsil.biz"ə MDU-nun Bakı filialından məlumat verilib.

Abituriyentlər:

- 2023/2024-cü tədris ili üçün M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialına qəbulun şərtləri və qaydaları ilə tanış ola biləcəklər;

- MDU-nun Bakı filialının filologiya, tətbiqi-riyaziyyat, kimya, psixologiya, iqtisadiyyat və fizika fakültələrində bakalavr və magistr pillələrində tədrislə bağlı hərtərəfli məlumat ala biləcəklər.

Açıq qapı günü noyabrın 26-da saat 14:00-da keçiriləcək.

Ünvan: Bakı şəhəri, H. Cavid prospekti, 133 (“Elmlər Akademiyası” metrostansiyasının yaxınlığında).

Tədbir bitdikdən sonra, saat 16:00-da kampusa ekskursiya təşkil ediləcək.

Əlaqə telefonu: (012) 598 93 32

Xəbər lenti