Logo

Direktor vəzifəsinə işə qəbul üzrə test imtahanı keçirilir

21.11.2022 10:54 294 baxış
IMG

Noyabrın 20-də şagird sayı 500-dək və hazırda direktor vəzifəsi vakant olan ümumi təhsil müəssisələrinə işə qəbul imtahanlarına start verilib.

Tehsil.biz xəbər verir ki, bu barədə müsabiqədə iştirak etmək üçün müraciət edən namizədlərin mobil əlaqə nömrələrinə məlumat göndərilib.

İmtahanda namizədlərə tənqidi oxu bacarığı üzrə 15, riyazi və məntiqi düşünmə üzrə 15, əmək və təhsil qanunvericiliyi üzrə 15 sual olmaqla, ümumilikdə 45 test tapşırığı təqdim olunacaq.

Qeyd edək ki, cari il üzrə direktorların işə qəbulu müsabiqəsinin test imtahanlarında keçid balını toplamış namizədlər müvafiq prosesdə yalnız müsahibə mərhələsində iştirak edə bilərlər.

Xəbər lenti