Logo

ASAPES-də britaniyalı professorun tədris prosesi keçirilib - FOTO

20.11.2022 20:51 397 baxış
IMG

Böyük Britaniyanın İdman və Fiziki Fəaliyyət Elmləri Assosiasiyasının (BASES) “Sağlamlıq üçün fiziki aktivlik” bölməsinin rəhbəri (2003–2007), Böyük Britaniyanın “Ürək­-damar xəstəliklərinin profilaktikası və reabilitasiyası” Assosiasiyasının (BACPR) prezidenti (2009–2011), Beynəlxalq “Ürək­-damar xəstəliklərinin profilaktikası və reabilitasiyası” Assosiasiyasının (İCCPR) qurucusu və rəhbəri (2012–2016), Ürək-damar xəstəliklərinin Profilaktikası və Reabilitasiyası üzrə Beynəlxalq Nizamnamənin həmmüəllifi, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) “Ürəyin işemik xəstəliyinin reabilitasiyası” üzrə məsləhətçi qrupunun üzvü, İngiltərənin Kil (Keele) Universitetinin professoru Jon Pol Bakli həkimlər üçün ingilisdilli “İdman Tibbi və Reabilitasiya” proqramının magistrantlarına “Kardioloji və nevroloji reabilitasiya” fənninin tədrisini həyata keçirib.

Tehsil.biz xəbər verir ki, noyabrın 16-da başlamaqla 5 gün davam edən modulun tədrisi zamanı kardioloji və nevroloji reabilitasiyanın aparılmasının xüsusiyyətləri, reabilitasiyaya göstərişlər və əks-göstərişlər, beynəlxalq praktikada istifadə edilən yeni yanaşmalar və alternativlər barədə geniş müzakirələr aparılıb.

​​​​​

Xəbər lenti