Logo

ADPU-da tədbir: "Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır"

20.11.2022 17:32 285 baxış
IMG

Azərbaycan Dövlət Pedoqoji Universitetinin (ADPU) Fizika fakültəsində Ü.Hacıbəyli 68 Ərazi Partiya Özəyinin təşkilatçılığı ilə  Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 30 illiyinə həsr olunmuş “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!” adlı tədbir keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbirdə ADPU-nun sosial və humanitar məsələlər üzrə prorektoru professor Fikrət Rzayev, Fizika fakültəsinin  dekan müavinləri dosent Xankişi Məmmədov, dosent Xatirə Adgözəlova və dosent Qalib Şərifov, Ərazi Partiya Özəyinin sədri baş  müəllim Əsmət Teymurova, fakültənin professor-müəllim heyəti  və tələbələr iştirak ediblər. 

Tədbirdən əvvəl  ulu öndər Heydər Əliyevin  ADPU-dakı abidəsi önünə  gül dəstələri qoyulub.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ulu öndər H.Əliyevin və  torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi  bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan  b/m. Ə.Teymurova Yeni Azərbaycan Partiyasının yaranma tarixindən söz açaraq, bildirib ki, YAP siyasi zərurətdən yaranan partiyadır. YAP ötən 30 il ərzində şərəfli və nümunəvi yol  keçib, ümumxalq partiyasına çevrilib.   

Dos. X.Məmmədov çıxış edərək bildirib ki, YAP Azərbaycanın ən güclü və əzəmətli siyasi təşkilatı kimi özünü təsdiq edib. Partiyanın həyata keçirdiyi missiyanın əhəmiyyəti bu gün partiyanın sıralarında birləşən çoxsaylı üzvlərin sayında öz təsdiqini tapır.

Tədbirdə YAP-a yeni qəbul olunmuş əməkdaşlara və tələbələrə partiya vəsiqələri təqdim olunub. 

Sonda Yeni Azərbaycan Partiyasının 30 illiyinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Xəbər lenti