Logo

İnzibati icraçı vəzifələr üzrə test imtahanı vermək üçün 123 nəfər qeydiyyatdan keçib

19.11.2022 11:59 283 baxış
IMG

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğunda inzibati icraçı (B növü) vəzifələr üzrə dekabrın 18-də keçiriləcək test imtahanına qeydiyyat davam edir.

Bu barədə "Tehsil.biz"ə DİM-dən məlumat verilib.

Bildirilib ki, inzibati icraçı (B növü) vəzifələr üzrə müsabiqənin test imtahanında iştirak etmək üçün qeydiyyat dekabrın 6-sı saat 23:59-dək aparılacaq. Bu gün saat 11:15-ə olan məlumat görə, imtahanda iştirak etmək üçün 123 (BA - 46, BB - 77) nəfər qeydiyyatdan keçib. İmtahan Bakı şəhərində keçiriləcək və namizədlər üçün 2500 yer ayrılıb.

İmtahanların başlanma saatı və yeri barədə məlumat imtahandan 5 gün əvvəl Mərkəzin saytına yerləşdiriləcək buraxılış vərəqəsində qeyd olunacaq.

Xatırladaq ki, imtahan vermək istəyən namizədlərin DİM-in portalında “Şəxsi kabinet”i olmalıdır. “Şəxsi kabinet”də olan pul hesabına vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat DİM-in saytında verilib) istifadə etmək olar. Hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanlarda iştirak etmək üçün DİM-in internet portalında müvafiq olaraq “Dövlət qulluğuna qəbul üzrə test imtahanında iştirak etmək üçün onlayn qeydiyyat” və ya “Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi” xidmətlərinə daxil olmaq lazımdır. Qeydiyyatdan keçən və imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.

Xəbər lenti