Logo

BDU-nun SABAH tələbələrinə “Buraxılış işində tədqiqat metodları” adlı təlim keçirilib - FOTO

18.11.2022 22:10 437 baxış
IMG

Bakı Dövlət Universitetinin SABAH Mərkəzinin təşkilatçılığı ilə tələbələrə “Buraxılış işində tədqiqat metodları” mövzusunda təlim keçirilib.

Tehsil.biz xəbər verir ki, Ankara Universitetinin doktorantı və BDU-nun müəllimi Qoşqar Bəylərovun keçdiyi təlimdə SABAH qruplarının müvafiq ixtisasları üzrə IV kurs tələbələrinə elmi tədqiqat işi, tədqiqat metod və texnikaları, buraxılış işinin yazılma qaydaları, ədəbiyyat mənbələrindən düzgün istifadə, ədəbiyyat siyahısının tərtibi, istinad mədəniyyəti, plagiat, rəqəmsal tədqiqat yolları və elmi işlərin təqdimatlarının hazırlanma qaydaları haqqında ətraflı məlumat verilib.

Qeyd edək ki, interaktiv keçən təlimdə tələbələrin sualları cavablandırılıb. Həmçinin nümunələr əsasında fərqli ixtisaslardan olan tələbələrin buraxılış işi mövzularında istifadə edə biləcəkləri tədqiqat metod və texnikaları haqqında müzakirələr aparılıb.

Xəbər lenti