Logo

Ədəbi tənqid var, pedaqoji tənqid bəs niyə yoxdur?

18.11.2022 21:06 325 baxış
IMG

Təhsil insan, cəmiyyət və dövlət üçün elm, iqtisadiyyat, ədəbiyyat, incəsənət və s. sahələrdən daha mühümdür.

Təhsil olmasa, bunların heç biri ola bilməz. Çünki bu sahələri yaradan və inkişaf etdirən insan təhsilin məhsuludur. 

Bu gün dünya təhsil sistemi ciddi transformasiya edir, köklü islahatlar gedir, çox vaxt da bu dəyişiklik “sınaq və səhv” üsulu ilə aparılır. Təhsilin gələcəyinə yönəli müxtəlif riskli senarilər hazırlanır,  Çünki təhsil sistemi, təhsil islahatları  bu gün tarixən heç vaxt olmadığı qədər qeyri-müəyyənlik şəraitində reallaşır. Bu prosesdə təbii ki, səhvlər də olacaq.

Tanınmış təhsil ekspertləri bu prosesə “yaradıcı dağıdıcılıq” kimi ad vermişlər. Amma elə ölkələr də var ki, oradakı təhsil islahatları yaradıcı olmur. 

“Yaradıcı dağıdıcılıq” sadəcə destruktiv dağıdıcılığa çevrilir, gözlənilən nəticələrin tam əksi müşahidə edilir. Bütün bu proseslərə tənqidi yanaşmalı, indiki və gələcək səhvləri  proqnozlaşdırmaqla, onları görməklə korrektə etmək mümkündür. 

Təhsildə problemlər ədəbiyyatdakı problemlərdən daha çoxdur. Əgər ədəbi tənqid filologiyanın bir elmi istiqaməti kimi varsa, niyə pedaqoji elmin bir istiqaməti də pedaqoji tənqid olmasın? Ədəbi tənqidə məmurlar, yazarlar normal, sivil  münasibət bəslədiyi halda, pedaqoji tənqidə çox  vaxt məmurlar müxalif gözü ilə baxır, onu  sevmirlər. Çoxu dərk etmir ki, tənqid, alternativ fikir olmayan yerdə inkişaf ola bilməz. 

Təklif edirəm ki, pedaqoji elmlər sistemində yeni istiqamət - “pedaqoji tənqid” istiqaməti yaransın.  Bunsuz müasir təhsil sisteminin və pedaqogika elminin inkişafı zəif olacaqdır. 

Ədəbi tənqid ədəbi prosesləri təhlil, tənqid, şərh edirsə, pedaqoji tənqid də təhsil sistemi və bu sistemdə gedən islahatlar prosesini təhlil, tənqid, şərh etməli, daha düzgün istiqamətləndirməlidir. 

Təhsil və pedaqoji elmlər bundan yalnız uda bilər.

Dosent İlham Əhmədov

Xəbər lenti