Logo

BDU-nun Hüquq fakültəsinin tələbələri Probasiya Xidmətinin fəaliyyəti ilə tanış olublar

18.11.2022 20:17 495 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin tələbələrinin 22 noyabr - Ədliyyə işçilərinin peşə bayramı günü münasibətilə ədliyyə orqanları və məhkəmələrlə tanışlıq aylığı çərçivəsində tədbirlər davam edir.

Tehsil.biz xəbər verir ki, tələbələr üçün Probasiya Xidmətinin fəaliyyəti ilə tanışlıq təşkil edilib. Onlar əvvəlcə probasiya institutunun mahiyyəti və əhəmiyyəti, bu sahədə görülən işlər, azadlıqdan məhrumetməyə alternativ cəzaların icrası mexanizmləri, probasiya əməkdaşlarının vəzifələri, peşə hazırlığı, xidmətin fəaliyyət istiqamətləri, ictimai işlər növündə cəzanın icrasının təşkili, bu sahədə yeniliklər və s. barədə məlumatlandırılıblar.

Tələbələr həmçinin Xidmətin Elektron Monitorinq Mərkəzi ilə tanış olublar. Onlara elektron nəzarət vasitələri əyani nümayiş etdirilib, onların təyinatından, tətbiqi təcrübəsindən danışılıb, maraq doğuran suallara aydınlıq gətirilib.

Xəbər lenti