Logo

ABŞ-nin “Stirling” fondunun nümayəndə heyəti İlahiyyat İnstitutunda olub - FOTO

18.11.2022 19:30 527 baxış
IMG

"Tolerantlıq – sülh və əməkdaşlığa aparan yol kimi” beynəlxalq konfransın təşkilatçılarından olan ABŞ-nin “Stirling” fondunun nümayəndə heyəti Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) olub.

Bu barədə "Tehsil.biz"ə institutdan məlumat verilib.

Bildirilib ki, görüşdə Aİİ-nin rektoru Aqil Şirinov qonaqlara ölkəmizdə mövcud olan birgəyaşayış ənənəsi, tolerantlıq mühiti barədə məlumat verib.

Rektor ölkəmizdə müxtəlif dinlərin nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində yaşadıqlarını vurğulayaraq, Azərbaycan dövlətinin də ölkədəki ənənəvi dini qruplara daim qayğı ilə yanaşdığını qeyd edib.

A.Şirinov institut haqqında məlumat verərək bildirib ki, tədris zamanı bütün dinlər haqqında tələbələrə geniş bilgilər verilir. O, institut müəllimlərinin öz sahələrinin peşəkar mütəxəssisləri olduqlarını diqqətə çatdırıb.

Rektor Azərbaycanda mövcud olan multikultural mühitin tanıdılması istiqamətində görülən işlərdən danışıb, ölkəmizdə yaşayan bütün dinlərin nümayəndələri ilə sıx əməkdaşlığı diqqətə çatdırıb.

O, Qəbələ rayonunun Nic qəsəbəsində məskunlaşan udilər üçün təşkil olunan Xristianlıq kursu barədə söhbət açıb. Eyni zamanda, Qubada yəhudilərin yaşadıqları Qırmızı qəsəbəni institut tələbələri ilə birlikdə ziyarət etdiklərini vurğulayıb.

Görüşdən məmnun olduğunu bildirən ABŞ-nin “Stirling” fondunun prezidenti Edvard Rou Yuta ştatında yaşayan etnik azlıqlar barədə məlumat verib, həmçinin ştatdakı kilsə və sinaqoqların tarixindən bəhs edib. Bildirilib ki, Azərbaycan multikulturalizm və tolerantlıq kimi humanist dəyərləri dünyada təbliğ edir və eyni zamanda, bu amilləri layiqincə tətbiq edir.

Sonra geniş fikir mübadiləsi aparılıb.

Xəbər lenti