Logo

Sumqayıtda iki azyaşlı uşağın ölümü ilə bağlı araşdırmaların ilkin nəticələri AÇIQLANDI

18.11.2022 19:02 317 baxış
IMG

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və müvafiq qurumlar noyabrın 16-da Sumqayıt şəhərində iki azyaşlının ölümü ilə bağlı araşdırma aparıb.

Bu barədə "Tehsil.biz"ə AQTA-dan məlumat verilib.

Bildirilib ki, nəticədə ölümə səbəb ola biləcək hallar arasında qida faktorunun olmadığı təsdiqlənib:

"Hazırda digər hallarla bağlı araşdırmalar aparılır və nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

AQTA bir daha vətəndaşları zəhərlənmə ilə bağlı yalnız aidiyyəti dövlət orqanları tərəfindən təsdiq olunmuş rəsmi məlumatlara inanmağa, kütləvi informasiya vasitələrinin əməkdaşlarını isə əldə etdikləri informasiyaları yaymazdan əvvəl müvafiq dövlət qurumları ilə dəqiqləşdirməyə çağırır. Bildirilib ki, istənilən halda ekspertiza rəyi olmadan yanlış məlumatların media vasitəsilə yayılması yolverilməzdir".

Xəbər lenti