Logo

AzTU SABAH tələbələrinə ustad dərsi keçirilib

18.11.2022 18:43 432 baxış
IMG

Azərbaycan Texniki Universitetinin (AzTU) SABAH qruplarının elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi ixtisası üzrə təhsil alan tələbələrinə ustad dərsi keçirilib.

Tehsil.biz xəbər verir ki, “Optik şəbəkələr üzərindən çoxkanallı rabitənin təşkili” mövzusunda keçirilən dərs əməkdar mühəndis, rabitə ustası Məzahir Vəliyev tərəfindən aparılıb.

O, transmissiya avadanlığı, pon şəbəkəsinin təşkili (passiv optik şəbəkə) haqqında tələbələrə ətraflı məlumat verib.

Sonda tələbələrin təklifləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.

Xəbər lenti