Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə "Böyük Qayıdış" Gənclər Təşkilatı tərəfindən həyata keçirilən "Xüsusi Təyinatlı Gənclik"- 2 hərbi-vətənpərvərlik düşərgəsində Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının (AƏSMA) “Sosial iş” fakültəsinin tələbəsi Əhmədzadə Zəhra iştirak edib.
Bu barədə "Tehsil.biz"ə AƏSMA-dan məlumat verilib.
Bildirilib ki, Zəfər Gününə həsr olunmuş, Qax rayonunda füsunkar təbiət qoynunda 5 gün davam edən düşərgədə Əhmədzadə Zəhra “Zeferimiz” şüarı altında "Şahinlər" komandasında iştirak edib.




