Logo

ADPU-nun coğrafiyaçı alimi Qarabağ çayları ilə bağlı elmi seminar keçib

17.11.2022 14:52 358 baxış
IMG

Noyabrın 17-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Tarix və coğrafiya fakültəsində "Qarabağ və Şərqi Zənguzur çaylarının hidroekoloji vəziyyətinin qiymətləndirilməsi" mövzusunda elmi seminar keçirilib. 

Tehsil.biz xəbər verir ki, fakültə rəhbərliyi, professor-müəllim heyəti və tələbələr iştirak etdiyi elmi seminarda Ümumi coğrafiya kafedrasının müdiri, coğrafiya elmləri doktoru tanınmış hidroloq alim Məhəmməd Abduyevin məruzəsi dinlənilib. 

Qeyd edək ki, elmi seminar cari ilin "Şuşa ili" kimi qeyd olunması, həmçinin işğalda azad olunan ərazilərin "Yaşıl zona" elan edilməsi ilə bağlı xüsusi aktuallığı ilə seçilir. 

Seminarın sonunda dosent Mətanət Əsgərova məruzə ilə bağlı öz fikirlərini bölüşüb, müəllim və tələbələrin sualları cavablandırılıb.

Xəbər lenti