Logo

“Baku TV”yə lisenziya verilib

16.11.2022 17:24 254 baxış
IMG

Audiovizual Şura “Baku TV”yə lisenziya verib.

"Tehsil.biz"in məlumatına görə, bu barədə Şuranın iclasında qərar qəbul edilib.

Belə ki, Şura üzvləri geniş müzakirələrdən sonra “Media haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə mindikdən sonra ilk dəfə yeni audiovizual media fəaliyyəti növü olaraq peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyalarının “Baku TV” MMC-yə (televiziya redaksiyasının adı: “Baku TV”) və “Beat Media” MMC-yə (televiziya redaksiyasının adı: “Beat TV”) verilməsi barədə müvafiq qərarlar qəbul ediblər.

Xəbər lenti