Logo

Bakı məktəbləri istiliklə təmin edilibmi? - RƏSMİ AÇIQLAMA

16.11.2022 17:00 467 baxış
IMG

"Təhsil müəssisələrində istilik təminatı ilə bağlı operativ monitorinqlər aparılır, hər hansı bir məsələ qarşıya çıxarsa, onların qısa zamanda aradan qaldırılması istiqamətində “Azəristilik” ASC və “Azəriqaz” İB ilə birgə əməkdaşlıq çərçivəsində işlər görülür".

Bu barədə "Tehsil.biz"in sorğusuna cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, cari ilin 15 noyabr tarixindən məktəblərin istik sistemi işə salınıb:

"Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq, təhsil müəssisələrinin istilik təminatı hər il ənənəvi olaraq noyabrın 15-dən başlayaraq aprelin 15-dək davam edir.  Belə ki, cari ilin 15 noyabr tarixindən məktəblərin istik sistemi işə salınıb. Qeyd edək ki, təhsil müəssisələrinin istiliklə təminatı məsələsi tam nəzarətə götürülüb. Təhsil müəssisələrinin istiliklə təmin olunmasının normal təşkili üçün yay aylarından etibarən aidiyyəti qurumlarla birgə müvafiq tədbirlər görülüb".

İdarədən həmçinin bildirilib ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrindən 131-i “Azəristilik” ASC tərəfindən mərkəzləşdirilmiş qaydada, 184-ü fərdi qazanxana vasitəsilə, 6-sı isə fərdi və mərkəzləşdirilmiş qaydada istiliklə təchiz edilir.

Xəbər lenti