Logo

Hüquq və İnsan Haqları İnstitutu On Think Tanks bazasına daxil edilib - FOTO

15.11.2022 19:54 248 baxış
IMG

Hüquq və İnsan Haqları İnstitutu noyabrın 15-dən etibarən “beyin mərkəzlərinin” qlobal bazası olan “On Think Tanks” (OTT) platformasına daxil edilib.

Bu barədə "Tehsil.biz"ə institutdan məlumat verilib. Bildirilib ki, OTT platforması 2010-cu ildən fəaliyyət göstərir və özündə müxtəlif ölkələrin “beyin mərkəzləri” haqqında məlumatı əks etdirir. Hazırda 160 ölkənin istifadəçiləri OTT platformasından faydalanmaqdadır.

OTT məlumat bazası olmaqla yanaşı, beyin mərkəzləri üçün müxtəlif imkanlar (vebinarlar, təqaüd proqramları, məqalələr və s.) da təklif edir.

Hüquq və İnsan Haqları İnstitutu OTT platformasında “Hüquq, insan haqları, ədliyyə və təhsil sahəsində ixtisaslaşan beyin mərkəzi” kimi qeyd edilir.

Xəbər lenti