Logo

BANM-in tələbələri “PAŞA Bank”ın təlimində olublar

15.11.2022 15:09 461 baxış
IMG

Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri üçün Ali Məktəbdə “PAŞA Bank”ın təlimi keçirilib. Qurumun “Özəl bankçılıq” blokunun şöbə rəhbəri Adilə Şıxıyeva “Strateji düşüncə və planlaşdırma” mövzusunda infosessiya keçirib.

Tehsil.biz xəbər verir ki, görüşdə “Özəl bankçılıq”, “Strategiya”, “Strateji düşüncəni limitləyən amillər” mövzusunda məlumatlar, həmçinin tələbələrin gələcəkdə karyera inkişafı yolunda düzgün addımlarının atılması üçün məsləhətlər verilib. Həmçinin tələbələrin güclü və zəif cəhətləri müzakirə olunaraq interaktiv söhbət aparılıb.

Həmçinin “PAŞA Bank”ın KOS Bankçılıq departamentinin əməkdaşı Təhminə Misirli “Məhsulun bumeranq effekti” mövzusunda infosessiya keçirib. Görüşdə bank məhsulları haqqında müxtəlif məlumatlar verilib.

Tədbirin sonunda tələbələrlə interaktiv oyun keçirilib. Yarışın qalibi Biznesin idarə edilməsi ixtisasının II kurs tələbəsi Nərgiz Məmmədli olub, ona “PAŞA Bank” tərəfindən hədiyyə verilib.

Xəbər lenti